909
Bu gün 13 iyun — 19:06

Gürcüstanın baş naziri istefaya gedir

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefaya gedəcəyini açıqlayıb.

Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, bu barədə G.Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə deyib.

Baş nazirin ölkədə son günlər baş vermiş kütləvi aksiyalar nəticəsində belə qərara gəldiyi bildirilir.

Kvirikaşvili 2013-cü ildən Gürcüstan hökumətinə rəhbərlik edirdi.

 

Xəbərlər