447
Bu gün 13 iyun — 16:46

Raket və artilleriya birləşmələri praktiki atışlar icra edib

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 122 mm-lik yaylım atəşli reaktiv sistemləri və 152 mm-lik toplardan döyüş atışlı məşqlər keçiriblər.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib.

Müəyyən edilmiş şərti düşmən hədəflərini məhv edən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Xəbərlər