821
Bu gün 17 may — 22:27

Suriyada 70 fransalı hərbçi tutuldu

Bəşər Əsəd ordusu YPQ/PKK terrorçularına dəstək məqsədi ilə Suriyada döyüşən bir qrup fransalı hərbçini saxlayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Əsədə sadiq qüvvələr Hasəkə əyalətinin Qamışlı rayonunda 70-ə yaxın fransalı hərbçini tutub. Hərbçilər iyirmi cipdən ibarət karvanla Deyr-əz-Zor istiqamətində hərəkət edib.

Onlar YPQ/PKK-nın nəzarətində olan nəzarət-buraxılış məntəqəsindən keçmək əvəzinə alternativ marşrutla hərəkət edib və beləcə Əsəd rejiminin blokpostuna düşüblər.

Fransız hərbçilər sorğu-sual edildikdən sonra YPQ nümayəndələri blokposta yaxınlaşıb və hərbçilərin İŞİD-ə qarşı mübarizədə onlara dəstək göstərdiklərini təsdiq edib.

Danışıqlardan sonra fransızlar sərbəst buraxılıb və hərbçiləri daşıyan karvan Qamışlının rayon mərkəzinə geri dönüb.

Xəbərlər