450
Bu gün 17 may — 19:54

Qadın güləşçimiz hərbçilər arasında dünya çempionatının qalibi oldu

Azərbaycan idmançısı Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə qızıl medal qazanıb.

“Report” xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən çempionatda güləşin sərbəst növündə qadınlar arasında 65 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadə ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək dünya çempionu adına layiq görülüb.

Güləşin yunan-Roma növü üzrə yarışlarda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Murad Məmmədov əvvəlcə macar rəqibi B.Kovaça, sonra isə ermənistanlı güləşçisi A.Manuçaryana qalib gələrək finala yüksəlib.

Digər təmsilçimiz - 72 kiloqram çəki dərəcəsində çıxış edən Ülvi Qənizadə Qazaxıstan idmançısı İbrahim Maqomedov və Ermənistan güləşçisi Armen Hakopyana qalib gələrək finala çıxıb.

Hər iki güləşçimizin final qarşılaşması mayın 18-də keçiriləcək.

Xəbərlər