977
Bu gün 17 may — 21:37

Sumqayıtda dəhşətli qətl: ər arvadına 18 bıçaq zərbəsi vurdu

Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.

"Report"un verdiyi məlumata görə, ər həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə şəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.

*   *   *16:37

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbərlər