207
Bu gün 16 may — 21:27

Mingəçevirdə sərnişin mikroavtobusu traktorla toqquşub

Mingəçevir şəhərində yol qəzası baş verib. 

Hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb. 

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin - 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyeva və digər gənc xanım yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbərlər