845
Bu gün 16 may — 16:55

Vergilər Nazirliyində yeni təyinat

Vergilər Nazirliyində kadr dəyişikliyi olub.

Virtualaz.org-un məlumatına görə, nazirliyin Aparat rəhbəri Nigar Alimova tutduğu vəzifədən azad edilib.

Onun yerinə mədəniyyət və turizm nazirinin müavini olmuş Nazim Səmədov təyin edilib.

N.Alimova isə nazirlikdə yeni yaradılan sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması departamentinə (Katiblik) təyinat alıb.

Xəbərlər