250
Bu gün 16 may — 14:21

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yandı

Cəlilabadda mikroavtobus yanıb.

"Report" xəbər verir ki, hadisə Əliqasımlı kəndində baş verib.

Belə ki, Biləsuvar rayonuna məxsus sərnişin daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Həmin anda mikroavtobusda 10-a yaxın fəhlə olub. Fəhlələr avtobusdan təxliyə edilib, alov isə daha da güclənib. Yanğın yerli sakinlər tərəfindən söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər qoxudan huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər