454
Bu gün 17 aprel — 10:04

Salyanda “Oka” və “Mercedes” toqquşdu, 3 nəfər xəsarət aldı

Ötən gecə Salyan şəhərinin M.Ə.Rəsulzadə küçəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan rayonu Aşağı Kürkənd kənd sakini, 30 yaşlı Ramil Rasif oğlu Abasovun idarə etdiyi “Oka” markalı minik maşını yol ayrıcında “Mercedes” markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan “Oka”nın sürücüsü və həmkəndliləri olan sərnişinləri - 22 yaşlı Cəlil Əhəd oğlu Məmmədov və onun həmyaşıdı Vasif Vidadi oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstələrdən iki nəfərinin xəsarətləri yüngül olduğundan tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılsalar da, Vasif Hüseynovun müalicəsi davam etdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Virtualaz.org

Xəbərlər