289
Bu gün 16 aprel — 22:49

Saatlıda 57 yaşlı kişi kanalda boğularaq ölüb

Saatlı rayonunda suda boğulma hadisəsi baş verib.

Şəhər sakini, 1961-ci il təvəllüdlü İlham Abdulla oğlu Abdullayev Babək küçəsinin yaxınlığından keçən su kanalına düşərək boğulub. 

Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbərlər