441
Bu gün 16 aprel — 20:07

Yevlaxda ağır yol qəzası baş verib

 Yevlax rayonunun Aran qəsəbəsində baş vermiş yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb. 

"Report"un məlumatına görə, yaralılardan üçü Mingəçevir, biri isə Yevlax rayon xəstəxanasına yerləşdirilib. 

Onları vəziyyəti stabil olaraq qiymətləndirilir.

*   *   *19:58

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Hazırda qəza baş verən ərazəyə DYP əməkdaşları və təcili tibbi yardım biriqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbərlər