372
Bu gün 16 aprel — 16:12

Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqləndi

Ermənistanın hakim Respublika Partiyası və “Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iclas cəmi 5 dəqiqə çəkib.

Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

Xatırladaq ki, Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən on minlərlə insan Yerevanda etiraz aksiyası keçirir.

Xəbərlər