2576
Bu gün 26 mart — 16:28

“Bu Skripal kimə lazım idi axı?...”

Bu günlərdə azərbaycanlı biznesmen, eks Rusiya senatoru Fərhad Əhmədov Böyük Britaniyanın populyar “Daily Mail” qəzetinə müsahibə verərək bu ölkə hakimiyyətinin ikili rusiyalı agent, keçmiş QRU polkovniki Sergey Skripalın və qızı Yuliyanın zəhərlənməsi işi ilə bağlı davranışlarına qiymət verib.

Virtualaz.org xəbər verir ki, həm Böyük Britaniyada, həm Rusiyada geniş rezonansa səbəb olan bu müsahibə ilə bağlı şərh verməyi “Nezavisimaya qazeta” azərbaycanlı milyarderdən xahiş edib:

-Fərhad Teymuroviç, ingilis KİV-lərinə müsahibənizdə demisiniz ki, Böyük Britaniyada Rusiyaya və onun rəhbərliyinə qarşı qəsd planı var. Nəyə görə belə hesab edirsiniz?

-Məsələ bundadır ki ingilislərin əksəriyəti tamamilə obyektiv və düşüncəli insandır. Onlar gözəl başa düşürlər ki, 2003-cü ildə o vaxtkı baş nazir Toni Bleyer ABŞ-ın təzyiqlərinə boyun əyərək ölkəni İraq müharibəsinə necə sürüklədi. O vaxt 200-ə qədər britaniyalı əsgər həlak oldu, 4500-dən  çox Amerika əsgəri, yüz minlərlə dinc insan həyatını itirdi.

Mən əminəm ki, biz bu müharibənin nəticələrini hələ onillər boyu hiss edəcəyik. Əgər İraqı daıtmasaydılar İŞİD meydana çıxmazdı, Suriyada müharibə və bütün qalan problemlər, o cümlədən milyonlarla qaçqın olmazdı. Eyni dırmığın üstünə nə qədər basmaq olar axı?

Təəsüf ki, beynəlxalq birliyin aldadılmasına yol verməyən mexanizm mövcud deyil. Axı öz yalanlarına görə Bleyer mahiyyətcə heç cür cavab vermədi, uzaqbaşı üzr istədi. Lakin illər sonra onun üzrxahlığı kimə lazım idi? Mən hesab edirəm ki, Britaniya parlamenti yalan məlumatlar əsasında qəbul edilən və ağır nəticələrə səbəb olan qərarlara görə məsuliyyəti sərtləşdirən qanun qəbul etməlidir.

Bu günlərdə Fransanın eks-prezidenti Nikola Sarkozinin saxlanılması siyasətçilərin qanunsuz qərarları ilə bağlı məsuliyyətinin sərtləşdirilməsini daha da aktual edir. Birincisi, o məhkəmə təqibləri ilə qarşılaşan ilk keçmiş Fransa prezidenti deyil. Və hansı ki, qalanları cəzadan məharətlə yayına bildilər. Başlıcası isə Sarkozini öz seçki kampaniyası üçün Liviya lideri Muammar Qəzzafidən pul almaqda ittiham edirlər. Amma o barədə yox  ki, Sarkozi həmin faktı gizlətmək üçün NATO-nun Liviyada hərbi əməliyyatlara başlaması üçün fəal çalışdı, nəticədə bu ölkə hələ də qanlı vətəndaş müharibəsinin girdabındadır, Avropanı isə növbəti qaçqın dalğası bürüyüb.

Skripalın işinə gəldikdə isə mənim fikrimcə Rusiya xüsusi xidmət orqanlarının buna aidiyyatından heç bir söhbət əlbətdə ki, gedə bilməz. Nəyə görə 1985-ci ildə Finlandiya üzərindən qaçıb gedən Qordiyevski (eks KQB polkovniki) Böyük Britaniyada sərbəst gəzir, amma onu güllələmirlər və zəhərləmirlər? Skripal kimə və nə üçün lazım idi axı?

Mən istisna etmirəm ki, bu intihar ola bilərdi. Ata və qızının depressiya üçün səbəbləri olub. Yeri gəlmişkən onlar həmin gün Skripalın həyat yoldaşının dəfn olunduğu məzarlığa baş çəkiblər və onunla vidalaşıblar.

Lakin daha çox ehtimal olunan düşünülmüş təxribatdır. Nəyə görə heç kim Solsberidən 12 kilometr məsafədə yerləşən, Skripalları huşsuz vəziyyətdə tapdıqları yerin yaxınlığındakı “Porton-Daun” hərbi bazasındakı  məxfi kimya labaratoriyası haqda yazmır? Həmin dairədə vaxtilə hərbi təyinatlı araşdırmalara birbaşa dəxli olan alimlərin sirli ölümləri baş verib, o cümlədən bazanın əməkdaşı doktor Devid Kellinin ölümü. Həmin Solsberidə sovetlərdən qaçıb getmiş alim-mikrobioloq, Müdafiə Nazirliyinin əməkdaşı, dəfələrlə məxfi kimya labaratoriyasına doktor Kelli ilə birlikdə baş çəkmiş Vladimir Paseçnik müəmmalı şəkildə ölüb.

Qərbdə bütün gücləri il çalışırlar ki, Rusiyanı üzdəniraq dövlətə çevirsinlər. Dünyanı idarə etməyə vərdiş edənlərə güclü Rusiya gərək deyil, onu nümayişkarənə şəkildə cəzalandırmağa çalışırlar. Axı bizim çiyinlərimiz arxasında başqa dövlətlər də baş qaldırır, onlar üçün isə bu heç bir halda yolverilən deyil.

-Bəs bu cür baxışlara görə Siz özünüz təzyiqlərdən ehtiyat etmirsiniz?

-Düzünü desəm mən bu mərhələni belə demək olarsa, Britaniya hakimiyyəti tərəfindən təşkil olunan  fərdi sanksiyalarla keçmişəm. Əvvəlcə mənimlə necə deyərlər, sövdələşmə bağlamaq istədilər, aktivləri onların yuridikasiyası altına keçirməyi təklif etdilər, habelə “yolüstü” məndən Rusiyanın qaz hasilatı sektoru, o cümlədən vaxtilə “Qazprom”la birgə təsisçisi olduğum “Nortqaz” şirkəti barədə konfidensial məlumatlar almağa çalışdılar. Lakin belə görünür ki, mən öz “xeyirxahlarımı” bərk məyus etdim.

Cəza isə dərhal gəldi. London Yüksək məhkəməsi məni hələ 17 il bundan qabaq Moskvada boşandığım keçmiş həyat yoldaşıma yarım milyard dollardan çox təzminat ödəməyə məhkum etdi. Hansı ki, məhkəmə ümumiyyətlə onun vəkillərinin iddiasını qəbul etməli deyildi, çünki biz ikimiz də Rusiya vətəndaşlarıyıq, nigahımızı Rusiya qanunvericiliyinə uyğun bağlamışdıq və həmin qanunvericiliyə uyğun da boşanmışdıq. Üstəlik pullar da Rusiyada qazanılmışdı. Lakin başqa cür oldu.

Ona görə də mən Britaniya instututlarının müstəqilliyi məsələsində və onların açıq-aşkar ikili standartlarında heç nəyi şişirtmirəm. İngiltərədə konstitusiya yoxdur. İngilis məhkəməsi qərəzsiz deyil, amma orada özlərinin milli maraqlarına zidd olan hansısa hökmü heç vaxt çıxarmazlar.

-Əgər situasiyaya daha geniş baxsaq sizin fikrinizcə indiki qalmaqalın şişirdilməsi hansı qüvvələrə lazımdır?

-Heç kim “deep state” (“dərin dövlət”) anlayışını və ya müstəqil fəaliyyət göstərib hətta demokratik seçilmiş institutlara tabe olmayan kölgə hökumətini yaddan çıxarmamalıdır. Bu köhnə termindir və sanki masonlar, digər qəsdçilər barədə çoxsaylı nəzəriyyələrlə birlikdə unudulub getmişdi. Lakin Donald Trampın prezidentliyinin birinci ili göstərdi ki, ABŞ hökumətinin strukturlarında, hər şeydən əvvəl onların xüsusi xidmət orqanlarında  milli maraqların nədən ibarət olduğunu seçilmiş prezidentdən özlərinin daha yaxşı bildiklərinə inanan müxtəlif səviyyəli əməkdaşlar mövcuddur, onlar koordinasiyalı şəkildə işləyirlər. Üstəlik onların fəaliyyətinin başlıca istiqaməti Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına yönələn istənilən cəhdin qarşısını almaq olub. Şübhə yoxdur ki, bu cür motivasiyaya və məqsədlərə malik olan qruplaşma Britaniya hökumət strukturlarında da mövcuddur və fəal işləyir.

Mən habelə İran ətrafındakı situasiyaya da ciddi diqqət yönəltmək istərdim. Bir sıra əsas dünya oyunçuları hazırda növbəti dəfə İranı “cəzalandırmaq”, onun nüvə proqramına daha bir zərbə vurmaq istərdi. Bu situasiyada Rusiyanın danışıqlardakı mövqeyinin ciddi zəiflədilməsi, ideal variantda isə onun dünyanın nüfuzlu lider dövlətləri sırasından kənarlaşdırılması İranı azsaylı müttəfiqlərindən birindən məhrum edərdi.

Amma əlbətdə ki, hələ qədim Roma dövründən məlum olan “Kimə sərfəlidir?” sualını maddi nöqteyi nəzərdən yaddan çıxarmaq lazım deyil. Bu qalmaqalın yekununda büdcədən əlavə maliyyələşdirmə kimin payına düşəcək? Bu vəsait müdafiə büdcəsinə gedəcək və yeni sifarişlər qismində maddiləşəcək. Hazırda britaniyalı parlamentarilər də bir ağızdan məhz bu haqda danışırlar. Elə onlar özləri də təklif edirlər ki, hərbi büdcəni artırmaq üçün əlavə vəsaiti haradan əldə etmək lazımdır-Britaniyada yaşayan rusiyalıların aktivlərini dondurmaq hesabına. Biz təəcüblü zəmanədə yaşayırıq. Britaniyanın hərbi-sənaye kompleksi bolşeviklərin “qəsb et və bölüşdür” şüarını istifadə edir.

Lakin acı həqiqət bundan ibarətdir ki, Rusiya və NATO arasında baş verən indiki parçalanma ancaq terrorçuların xeyrinədir. Rusiya ilə NATO arasında düşmənçilik və anlaşılmazlıq nə qədər böyük olsa İŞİD də o qədər güclü olacaq.

Virtualaz.org

Xəbərlər