575
Bu gün 19 mart — 00:51

Vladimir Putin seçkilərdə qalib gəldiyini etiraf edib

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində ona səs verənlərə təşəkkürünü bildirib. Manej meydanında keçirilən konsertə qatılanVladimir Putin səhnəyə çıxaraq çıxış edib.

"Nəticəyə görə sizə təşəkkürümü bildirirəm. Siz - bizim ümumi komandamızsız. Mən bu komandanın üzvüyəm. Bu gün səs verənlər bizim böyük çoxmillətli komandamızdır", - deyə V.Putin bildirib.

Onun sözlərinə görə, prezident seçkilərinin nəticəsi son illər görülən işlərə verilən yüksək qiymətdir.

Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Bülletenlərin 51 faizi hesablanıb. Nəticəyə görə, Vladimir Putin 70 fazidən çox səs toplayıb.

Xəbərlər