466
Bu gün 18 mart — 16:26

Kiyevdə Poroşenkonun istefasını tələb edirlər

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Ukrayna prezidenti Pyotr Poroşenkonun istefasını tələb edərək marş keçirirlər. Virtualaz.org xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Qeyd olunur ki, yürüşdən sonra mitinq iştirakçıları Poroşenkonun evinin yaxınlığındakı Avropa meydanına tərəf yollanacaqlar.

Mənbə əlavə edir ki, fəallar artıq Müstəqillik meydanında qurşdırılmış metal konstruksiyaları sökməyə macal tapıblar.

Dəqiqləşdirilir ki, Saakaşvili tərəfdarları ilə əlaqəyə daxil olub, lakin bunun sadəcə audiobağlantı, yaxud videoyayım olduğu barədə məlumat verilmir.

Xəbərlər