352
Bu gün 14 mart — 13:25

Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb

Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda B. Yıldırımı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıblar.

Türkiyə baş naziri prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsulzadə və digər rəsmi şəxslərlə görüşəcək.

B.Yıldırım martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna da qatılacaq.

B.Yıldırımla birgə xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çetin və digər şəxslər də Azərbaycana gəlib.

Xəbərlər