570
Bu gün 14 mart — 13:13

Sarkisyan müdafiə naziri olacaq?

Ermənistanın “Past” nəşri sensasion iddia ilə çıxış edib.

Virtualaz.org-un məlumatına görə, nəşr bildirib ki, aprelin 9-dan, yeni prezidentin andiçmə mərasimindən sonra indiki prezident Serj Sarkisyan ölkənin müdafiə naziri ola bilər.

Düzdür, hakim Respublika partiyasının bütün üzvləri, müxalifət təmsilçiləri, politoloqlar 100% əmindirlər ki, Serj Sarkisyan ölkənin baş naziri olacaq. Ancaq nəşr öz mənbələrinə istinadən bildirir ki, bu məsələ hələ qəti həll olunmayıb: “Bizim mənbələrimizə əsasən, məsələ tam həll edilməyib. Mənbə iddia edir ki, ən yuxarı səviyyələrdə Serj Sarkisyanın müdafiə naziri təyin olunması variantı nəzərdən keçirilir”.

O da qeyd edilib ki, S.Sarkisyan müdafiə naziri təyin olunsa belə, ölkədə ən nüfuzlu şəxs olacaq.

Xəbərlər