718
Bu gün 14 mart — 00:58

İranda çərşənbə bayramında insident

İranın Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı bir neçə insident baş verib. Nəticədə 3 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə İran Təcili Tibbi Yardım İdarəsinin sözçüsü bildirib. Onun sözlərinə görə, yaralılardan biri qadın, digərləri isə kişilərdir. Yaralıların yarısı yanıq xəsarəti alıb.

İki nəfərin pirotexniki vasitənin partlaması nəticəsində əlini itirdiyi bildirilir.

Xəbərlər