678
Bu gün 14 mart — 00:09

Rusiyada azərbaycanlı öz qızı üçün mücadilə aparır

Orenburqda çoxmərtəbəli evdə yanğın zamanı zərər çəkmiş 8 yaşlı qızı xəstəxanadan evə buraxıblar. İndi qız müvəqqəti himayə altındadır, həkimlər onun vəziyyətini kafi kimi qiymətləndirirlər.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, məktəbli qızın atası artıq Azərbaycandan Orenburqa gəlib.

"Məhkəmə atalıq faktını müəyyənləşdirəcək. Bu proseduradan sonra qərar qəbul ediləcək ki, qız burada qalsın, yoxsa atası ilə Azərbaycana getsin. Nə qədər ki, məhkəmə prosesi gedəcək, o, atasının yanında olacaq. Məhkəmə hökmü 35 gün ərzində qüvvəyə minəcək", - deyə Orenburq administrasiyasının həddi-buluğa çatmayanların işləri və onların hüquqlarının müdafiəsi komissiyasının fəaliyyətinin təminatı üzrə şöbə rəisi Yelena Marsakova yerli KİV-ə bildirib.

Qeyd edilir ki, 12 fevralda baş verən həmin yanğın zamanı yeddi nəfər həlak olub: iki kişi dərhal, iki uşaq - təcili yardım maşınında, üç nəfər isə xəstəxanalarda ölüb. Faktlar üzrə müstəntiqlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi üzrə cinayət işləri qaldırıblar.

Virtualaz.org

Xəbərlər