655
Bu gün 13 mart — 19:12

CinemaPlus: "Rəhbər gedir, hakimiyyət uğrunda mübarizə başlayır"

Artıq uzun aylardı ki,  Bakı sakinləri özlərinə  sual verirdilər: Rusiyada qalmaqallı məşhur "Stalinin ölümü" filmi bizim yerli kinoteatrlarda nümayişi olunacaqmı?

Virtualaz.org xatırladır ki, daha əvvəl, dünyada hay-küyə səbəb olmuş  filmin nümayişi Rusiyada qadağan edilmişdi, sonra onun Bakıda göstərilməsi ilə bağlı mübahisələr başlandı. Paytaxt kinoteatrlarında filmin nümayişi haqda bir neçə dəfə qəbul edilən qərar etiraz doğurdu və artıq belə təəssürat yaranmışdı ki, bakılılara onu böyük ekranda görmək qismət olmayacaq.

Və budur, “Report” xəbər verir ki, Azərbaycanın premium kinoteatrı “CinemaPlus” çoxdan gözlənilən “Stalinin ölümü” komediya filminin nümayişinə başlayır.

Film fransız Fabyen Nuri və Tyerri Robinin komiksləri əsasında çəkilib.

Filmdə Nikita Xruşov və Stalinin qızı rolunu aktyorlar - Stiv Buşemi və Andrea Rayzboro oynayır.

Satirik komediyanın rejissoru britaniyalı Armando İannuççidir.

Rollarda Olqa Kurilenko, Stiv Buşemi, Saymon Rassel Bil, Peddi Konsidayn, Rupert Frend, Ceyson Ayzeks, Maykl Peylin, Andrea Rayzboro və Ceffi Tembor çəkiliblər.

Filmin qısa məzmunu: SSRİ, 1953-cü il. Ölkə bir şəxsin qarşısında qorxudan əsir. Elə ki, martın 5-də baş katib vəfat edir, hakimiyyət uğrunda mübarizə başlayır.

Qovma başlandı!..

Virtualaz.org

Xəbərlər