323
Bu gün 13 mart — 16:49

Suriyada döyüşən azərbaycanlıya hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada və İraqda terror təşkilatlarının tərkibində döyüşməkdə ittiham olunan Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

2013-cü ildə Suriyaya getdiyini bildirən H.Əliyev ifadəsində əməlindən peşman olduğunu deyib:”Suriyaya getməkdə məqsədim dinc əhalinin ölümünə qarşı çıxmaq olub. Öz ölkəmdə heç bir cinayət əməli törətməmişəm. O vaxt Suriyaya gedib-gəlməkdə problem yox idi. Qadağan olduğunu da bilmirdim. Bilsəydim, getməzdim. Suriyadan qayıdandan sonra ailə həyatı qurdum, hazırda iki uşağım var. Bütün bunları nəzərə almağınızı xahiş edirəm. Əməlimdən peşmanam".

Məhkəmənin hökmü ilə H.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Virtualaz.org

Xəbərlər