248
Bu gün 13 mart — 17:28

Efiopiyada avtobus qəzası nəticəsində 40-a yaxın adam ölüb

Efiopiyanın şimalında sərnişin avtobusunun uçurumdan düşməsi nəticəsində azı 38 nəfər ölüb.

Məlumata görə, ölənlərin 28-i kişi, 10-u qadındır.

Avtobusda, ümumilikdə, əksəriyyəti tələbə olmaqla 48 nəfər olub. Sağ qalan 10 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi açıqlanmır.("Report")

Xəbərlər