693
Bu gün 13 mart — 13:30

Türkiyə Ordusu Afrini mühasirəyə aldı

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrini tamamilə mühasirəyə alıb.

Virtualaz.org bildirir ki, bu barədə TSQ Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, TSQ və ASO bu gün Afrin bölgəsinin mərkəzinə doğru yolda son yaşayış məntəqələrini nəzarətə götürüb.

***12:15

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 4000-ə yaxınlaşır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, 53 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 3393 terrorçusu məhv edilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi dağıdılıb.

Baş Qərargahın məlumatına görə, təkcə ötən gün ərzində Afrində 46 terrorçu məhv edilib.

Son məlumata görə, əməliyyat çərçivəsində indiyədək 185 yaşayış məntəqəsi azad olunub.

Bundan başqa, Afrinin 217 strateji nöqtəsi və kəndi terrorçulardan təmizlənib. Min yüz kvadrat kilometr sahədə terrorçuların nəzarətin son qoyulub.

Məlumatda o da qeyd olunub ki, Afrinin mərkəzinə 1,5 km qalıb.

Xəbərlər