615
Bu gün 15 fevral — 08:37

ABŞ-da məktəbə silahlı hücum: 17 nəfərin öldüyü təsdiqləndi

ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü təsdiqlənib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Brouder  dairəsinin şerifi Skott İsrael bildirib.

Onun sözlərinə görə, 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib. “Ölənlər arasında həm şagirdlər, həm də böyüklər var”, - deyə S.İsrael əlavə edib. Yaralıların sayını açıqlamayan polis nümayəndəsi bir neçə nəfərin xəstəxanada əməliyyata götürülüldüyünü təsdiqləyib.

“Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib”,- deyə S.İsrael bildirib.

Qeyd edək ki, Parkland şəhəri Mayamidən 60 km şimalda yerləşir.

***00:54

ABŞ-ın Parkland şəhərində (Florida ştatı)məktəbdə silahlı insident baş verib.

Virtualaz.org bildirir ki, bu barədə Fox News telekanalı xəbər yayıb.

İlkin məlumata görə, atışma nəticəsində azı 1 nəfər ölüb, 50 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hüquq-mühafizə orqanları məktəbin yerləşdiyi ərazidə əməliyyat aparır.

Xəbərlər