173
Bu gün 14 fevral — 17:32

Lənkəranda torpaq sürüşməsi baş verib

Lənkəran rayonunun dağlıq ərazisində yerləşən Jidi kəndində torpaq sürüşməsi baş verib.

Torpaq sürüşməsi kənddəki avtomobil yolunun 100 metrlik hissəsini əhatə edib. Lay torpaq qatının sürüşməsi zamanı dağ yolu keçilməz hala düşüb. Yolda 1 metr enində çatlar əmələ gəlib. Bu yol Gəgiran kəndi ilə rayonu birləşdirən yeganə avtomobil yolu olduğundan həmin kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Sürüşmə baş verən ərazidə evlər olmadığından sakinlərə ziyan dəyməyib.

Xəbərlər