361
Bu gün 14 fevral — 17:27

Yevlaxda canavarlar evə hücum çəkdi

Yevlaxda canavar evə hücum etmək istəyib.

“ARB TV”dən virtualaz.org-a verilən məlumata görə, rayonun Tanrıqullar kənd sakini Nasir Məmmədovun həyətinə girən yırtıcı 5 baş xırdabuynuzlu heyvanı parçalayıb, 10-a yaxın qoyunu isə yaralayıb.

Hadisə baş verən an səs küyə ev sahibləri də oyanıblar. Yaşlı qadın işığı yandırıb pəncərəyə yaxınlaşan zaman canavar işıq gələn hissəyə atılıb. Şüşələri sındıra bilməsə də ev sahiblərinə qorxulu anlar yaşada bilib.

Xəbərlər