235
Bu gün 14 fevral — 16:48

Türkiyə Münhen Təhlükəsizlik konfransında iştirak edəcək

Türkiyə Təhlükəsizlik üzrə 54-cü Münhen konfransında iştirak edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, 54-cü Münhen konfransı fevralın 16-18-də keçiriləcək. Türkiyəni konfransda xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edəcək.

Türkiyə XİN-dən bildiriblər ki, Türkiyə konfransın işinə böyük diqqət ayırıb, beləki forumun gündəliyinə terrorizmlə mübarizə ilə bağlı məsələ, Yaxın Şərq problemi, eləcə də Türkiyə-NATO münasibətləri daxildir.

Xəbərlər