192
Bu gün 14 fevral — 14:32

Putin İordaniya kralı ilə görüşəcək

Rusiya prezidenti Valdimir Putin sabah İordaniya kralı Abdulla ilə görüşəcək. Bu barədə V.Putinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Mətbuat katibi əlavə edib ki, sabahkı görüş dar çərçivədə olacaq: "Ola bilsin görüş "göz-gözə" oldu".

D.Peskov, həmçinin əlavə edib ki, işgüzar nahar formatında keçəcək görüşdə Rusiya-İordaniya münasibətləri müzakirə olunacaq.

Xəbərlər