284
Bu gün 14 fevral — 12:55

Əfqanıstan Veteranları Birliyinin sədri hakim önündə

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda ittiham olunan 57 yaşlı Məhəmməd Vəliyev və müavini Cavan Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesə Ramella Allahverdiyeva sədrlik edib. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, onun həmyaşıdı C.Əhmədov isə təşkilatın sədr müavinidir. Onlar dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Məhkəmə iclası fevralın 21-nə təyin edilib.

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır. Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Virtualaz.org

Xəbərlər