415
Bu gün 14 fevral — 11:44

Bakıda evə silahlı basqın

Paytaxtda evə basqın olub.

APA-nın məlumatına görə, Yasamal rayonu, Bünyadzadə küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Reyhan Novruzovanın evinə daxil olan naməlum şəxslər qadını bıçaqla hədələyərək pul tələb ediblər. Naməlum şəxslər R. Novruzovaya xəsarət yetirərək 10 min manatlıq qızıl-zinət əşyaları götürərək evi tərk ediblər.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Xəbərlər