231
Bu gün 14 fevral — 09:58

Şəkidə yol qəzası

Fevralın 13-ü axşam saat 19:30 radələrində Şəki rayonunda, Baş Göynük avtomobil yolunda “VAZ” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, qəzadan sonra avtomobillərdə olanlar:  Şəki rayonu Baş Şabalıd kənd sakini, 1955-ci il təvəllüdlü Səlim Yaqub oğlu Səlimov, Səlimin qızı-1987-ci il təvəllüdlü Reyhanə Səlimova,   Baş Şabalıd sakini, 2010-cu il təvəllüdlü Cəbrayıl Söhrab oğlu Həsənov,  Cəbrayılın anası-1980-cı il təvəllüdlü Çinarə Etibar qızı Həsənova, Şin kənd sakini, 1963-cü il təvəllüdlü Aydın Cuma oğlu Paşayev və Qax rayon sakini, 1990-cı il təvəllüdlü Tural Mikayıl oğlu Rəsulov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan verilən məlumata görə, yaralılardan Cəbrayıl Həsənov və Tural Rəsulovun müalicələri xəstəxananın reanimasiya şöbəsində, Səlim Səlimovun müalicəsi isə cərrahiyə şöbəsində aparılır.

Reyhanə Səlimova, Aydın Paşayev və Çinarə Həsənovanın vəziyyətləri yüngül olduğundan  onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərlər