433
Bu gün 13 fevral — 23:26

Avroliqada pley-off mərhələsinin ilk oyunu keçirilib

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

İlk oyun günündə Rusiyanın MOİK klubu Serbiyada “Srvena Zvezda”nın qonağı olub. Matçın ilk hissəsində hesab açılmayıb.

Görüşün ikinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də qapılara qol vurulmayıb. Beləliklə oyun heç-heçə başa çatıb – 0:0.

Qeyd edək ki, 1/16 finalın digər ilk oyunları fevralın 15-də keçiriləcək.

Xəbərlər