436
Bu gün 13 fevral — 20:01

Gəncədə məktəb şagirdini qətlə yetirən şəxs saxlanılıb

Gəncə şəhərində 11-ci sinif şagirdini qətlə yetirən şəxs saxlanılıb.

Şəhərin "Dubay bazarı" ərazisinə yaxın ərazidə ürək nahiyəsindən bir bıçaq yarası alaraq xəstəxanaya yerləşdirilən və sonra orada ölən Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Elnur Həsən oğlu Bağırovu qətlə yetirən Tural adlı şəxs saxlanılıb. 

Hadisənin hansı səbəbdən törədildiyi araşdırılır.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərlər