1262
Bu gün 13 fevral — 16:02

Azərbaycanın xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, K. Vəzirovun cənazəsi sabah saat 11:00-da Neapol küçəsi 1 ünvanından - yaşadığı evdən götürüləcək.

Şöbədən bildirilib ki, K. Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq.

***14:09

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov dünyasını dəyişib.

Bu barədə APA-ya məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov verib.

O bildirib ki, K. Vəzirovla vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşdirilir.

Xəbərlər