191
Bu gün 13 fevral — 12:32

Astarada baş vermiş qəzada iki nəfər həlak olub

Astaranın Vaqo kəndi ərazisində “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması yol nəqliyyat hadisəsinə səbəb olub. “ARB TV”dən virtualaz.org-a verilən məlumata əsasən, qəza nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Onlardan Miki kənd sakini, 54 yaşlı Cabbar Nəsirov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Digər yaralı “VAZ 2106” markalı avtomobilin sürücüsü Rasim Məmmədov isə xəstəxanada vəfat edib. Abbas Məmmədovun vəziyyəti isə ağır qiymətləndirilir.

Dünyasının dəyişən Cabbar Nəsirov və Rasim Məmmədovun meyti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər