440
Bu gün 14 yanvar — 15:55

Bakıda qadın kişini döydü

Bakı sakini üzləşdiyi xuliqanlıq hadisəsi ilə bağlı polisə müraciət edib.

Lent.az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Müslüm Səfərov “102”yə zəng edərək bildirib ki, qohumu, 1976-cı il təvəllüdlü Ulduz Səfərova mağazada onu döyüb. 40 yaşlı kişinin sözlərinə görə, hadisə N.Quliyev küçəsi 36 ünvanındakı marketdə baş verib və o, qadın tərəfindən döyülərək xəsarətlər alıb.

Müraciət əsasında araşdırma aparılır.

Xəbərlər