167
Bu gün 14 yanvar — 11:35

Bərdədə 4 otaqlı ev, Kürdəmirdə isə 11 ton ot bağlaması yandı

Bərdə rayonunda ev yanıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Qaradəmirçi kəndində ümumi sahəsi 143 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 20 m2 və tavanın şüşə pambıq üzlüyü 143 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Kürdəmirdə də yanğın hadisəsi baş verib. Belə ki, rayonun Sığırlı kəndində həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 11 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

Xəbərlər