333
Bu gün 13 yanvar — 22:44

Avtomobil 49 yaşlı Sumqayıt sakinini piyada keçidində vurub

Sumqayıtda piyada vurulması ilə nəticələnən yol qəzası olub. Hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1969-cu il təvəllüdlü Nizami Şahmərdan Oğlu İmanov piyadalar üçün nəzərdə tutulmuş zolaqla yolu keçmək istəyərkən, qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindın vurulub. Hadisədən sonra sürücü qaçıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır kəllə-beyin travması alıb və sağ qolu sınıb.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Xəbərlər