336
Bu gün 13 yanvar — 00:02

Tramp İrana qarşı sanksiyaların tətbiqini təxirə saldı

ABŞ prezindeti Donald Tramp sonuncu dəfə İrana qarşı sanksiyaların tətbiq edilməsini təxirə salıb.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Administrasiyasının yüksək rütbəli əməkdaşı bildirib.

O qeyd edib ki, bundan sonra rəsmi Vaşinqton tərəfdaşları ilə birgə İranın nüvə proqramına dair sazişə dəyişikliklər üzərində işləyəcək.

“Danışıqların uğurla başa çatdığı təqdirdə, ABŞ sazişin iştirakçısı qismində qalacaq”, - deyə ABŞ rəsmisi vurğulayıb. O həmçinin bildirib ki, danışıqlarda İran rəsmilərinin iştirakı nəzərdə tutulmur.

Bununla bərabər, ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Sanksiyalar 14 fiziki şəxs və şirkətə qarşı tətbiq edilib. “Qara siyahı”ya salınanlar arasında İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricaninin də olduğu bildirilir. S. Laricani İran parlamentinin spikeri Əli Laricaninin qardaşıdır.

Xəbərlər