254
Bu gün 12 yanvar — 21:45

Azərbaycanla Aİ arasında yeni saziş bu il imzalana bilər

"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlar yaxşı gedir".

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas məlumat verib.

Aİ rəsmisi vurğulayıb ki, sazişin bu il imzalanması üçün işlər aparılır: "Bu il sazişin imzalanması üçün çalışacağıq. Sazişin imzalanması ilə bağlı heç bir problem yoxdur. Müəyyən çətinliklər var. Onlardan biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamasıdır. Bu da sazişin imzalanmasına bir qədər problem yaradır. Amma bu istiqamətdə işlər aktiv, dinamik formada davam edir".

Səfir onu da bildirib ki, 2018-ci ildə Aİ Azərbaycanda bir sıra mədəni tədbirlər həyat keçirməyi düşünür: " Yeni layihələr, sazişlərlə bağlı danışıqların davam etdirilməsi, yeni razılaşmaların olması gözlənilir. "İmagine" festivalını bu il də davam etdirəcəyik. Bölgələrə səfərlərimiz gözlənilir".

2018-ci ilin Azərbaycanda Cümhuriyyət ili elan olunduğunu xatırladan səfir deyib ki, Avropa Cümhuriyyətin 100 illiyinin qeyd edilməsində Azərbaycanla birlikdə olacaq, Azərbaycanın dəyərlərini təşviq edəcək.

Xəbərlər