568
Bu gün 12 yanvar — 18:10

Bakıda 6 marşrutun son dayanacağı dəyişdirildi

Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayevin sözlərinə görə, bununla əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.

“Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-nə hərəkət etməsi təmin olunacaq”, - deyə M.Ağayev əlavə edib.

Xəbərlər