951
Bu gün 8 dekabr — 01:48

Sumqayıtda dəhşətli qəza

Sumqayıtda 3 nəfərin ölümünə səbəb olan avtomobil qəzası baş verib.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Sumqayıt şəhərində “KamAZ“ markalı yük maşını və “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər