441
Bu gün 7 dekabr — 23:12

Sabirabadda toyda kütləvi dava: yaralılar var

Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.

Xezerxeber.az bildirir ki, hadisə rayonun Qaragüney kəndində baş verib. Sabirabad sakini Sərxan Əsədov toyda bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 35 yaşlı Orxan Xudiyev və Bakı sakini, 29 yaşlı Emil Əhmədov Şirvan Şəhər Xəstəxanasında əməliyyat olunublar.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbərlər