354
Bu gün 7 dekabr — 15:17

Deputat Yevda Abramov Milli Onkologiya Mərkəzində əməliyyat olunub

Milli Məclisin deputatı Yevda Abramov Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Bu barədə "Report"a Azərbaycanın baş onkoloqu Azad Kərimli məlumat verib.

Onun sözlərinə görə, deputat artıq narkozdan ayılıb və özünü yaxşı hiss edir, danışır.

A.Kərimli bildirib ki, deputatdan əməliyyat zamanı götürülən nümunələr əlavə müayinəyə verilib: "Ona görə də deputatın onkoloji xəstə olmasını indidən demək mümkün deyil. Nəticələri gözləmək lazımdır".

Y.Abramovun xəstəxanadan nə vaxt çıxması məsələsinə gəlincə, baş onkoloq qeyd edib ki, bu, xəstənin səhhətindən asılıdır.

Xəbərlər