163
Bu gün 7 dekabr — 13:41

Hindistan yanvarda Azərbaycandan keçməklə Rusiyaya yüklərin daşınmasına başlayacaq

Hindistan 2018-ci ilin yanvarından İran və Azərbaycandan keçməklə Rusiyaya konteyner yüklərin daşınmasına başlayacaq.

Virtualaz.org “İndia Today”ə istinadən xəbər verir ki, bunu Hindistanın Aksiz və Gömrük Mərkəzi Şurasının komissarı Sandip Kumar deyib.

Onun sözlərinə görə, yük daşınması Hindistanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaqla baş verəcək.

S.Kumar qeyd edib ki, bu yüklərin daşınma müddətini indiki 35 gündən 17 günədək azaldacaq.

Xəbərlər