169
Bu gün 7 dekabr — 14:21

Bakıda yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq

Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacaq.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-4°, gündüz 6-9°, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Xəbərlər