819
Bu gün 15 noyabr — 12:16

Salyanda qazpaylayıcıda partlayış olub, xəsarət alan var

Bu gün günorta saatlarında “Azəriqaz”ın Salyan şəhərində yerləşən 104 saylı tənzimləmə məntəqəsində partlayış baş verib.

Virtualaz.org-un Şirvan bürosuun məlumatına görə, partlayış nəticəsində məntəqədə olan növbətçi - Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini 56 yaşlı Gülüşov Əlizadə İsmayıl oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Hazırda hadisə yerində yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Partlayışın küçədə aparılan budama işləri zamanı kəsilmiş ağacın qaz qurğusunun üzərinə düşərək onu zədələməsi ucbatından baş verdiyi deyilir.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər