226
Bu gün 14 noyabr — 20:56

Tbilisidə hava limanı təxliyə edildi

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin beynəlxalq hava limanı təxliyə edilib.

APA-nın məlumatına əsasən, buna hava limanında partlayıcı qurğunun olması ilə bağlı “112” nömrəsinə daxil olan zəng səbəb olub.

Daxili İşlər Nazirliyi hava limanına gedən avtomobil yollarını bağlayıb.

Məlumata görə, təxliyə ilə bağlı bir neçə reyslər təxirə salınıb...

Bu dəqiqələrdə yayılan son məlumata görə, Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub.

Axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb.

Təxliyə olunmuş əməkdaşlar və sərnişinlər hava limanına buraxılıb. 

 

Xəbərlər