439
Bu gün 13 oktyabr — 17:59

BMT ekspertləri cinsi azlıqlarla bağlı Bakıya müraciət etdilər

BMT ekspertləri Azərbaycan hakimiyyətini geylərin və transgenderlərin hüquqlarının pozulması haqqında bütün məlumatları ətraflı şəkildə araşdırmağa çağırıblar.

Turan-ın məlumatına görə, BMT İnsan Hüquqları İdarəsinin cümə günü yaydığı bəyanatda sentyabrın ortalarında Bakıda polis reydlərinin keçirilməsindən, reyd zamanı homoseksual və transgender, fahişəliklə məşğul olanların saxlanmasından bəhs edilir.

"Biz hakimiyyəti ayrı-seçkilik salmadan hamının, o cümlədən gey və ya transseksual kimi qəbul edilən insanların, habelə cinsi işçi hesab olunanların hüquqlarını müdafiə etməyə çağırırıq.

Biz Azərbaycan hakimiyyətini insanların cinsi meyllərinə və ya gender kimiyinə əsaslanan dərin kök salmış mənfi sosial təsəvvürlərə, yanlış təsəvvürlərə və mülahizələrə qarşı mübarizə məqsədilə, onlara qarşı törədilən zorakılıq və ayrı-seçkiliyin əsas səbəblərini aradan qaldırmaq üçün təhsil və dövlət siyasəti vasitəsilə konkret addımlar atmağa çağırırıq", - deyə ekspertlər bildiriblər.

Öz növbəsində, Azərbaycan hakimiyyəti Bakının mərkəzində reydlərin "yerli sakinlərə və turistlərə israrlı cinsi xidmət təklifləri" ilə əlaqədar ictimai asayişin pozulması haqqında çoxsaylı şikayətlərlə bağlı keçirildiyini bildirib.

Xəbərlər