831
Bu gün 13 oktyabr — 17:33

Bakıda dəhşət: betonqarışdıran maşın körpüdən "VAZ"ın üstünə aşdı

Paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bir qədər əvvəl metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüdə hərəkətdə olan betonqarışdıran maşın “VAZ 2107” markalı minik avtomobilinin üzərinə aşıb.

Hadisə nəticəsində betonqarışdıran maşının sürücüsü, 54 yaşlı Bayramov İlqar Sadıq oğlu xəsarət alıb.

O, 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti normaldır.

Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Xəbərlər